Azərbaycanda son sutkada koronavirusa 16 yeni yoluxma faktı qeydə alınıb.
18 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan üç nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 422 nəfər müalicə olunaraq sağalıb, hazırda 479 aktiv xəstə var.
Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.