Azərbaycanda ilk dəfə beynəlxalq Daşınmaz Əmlak Bazarı (DƏB) sərgi-satış kompleksi istifadəyə verilib. Bu barədə 24 dekabr tarixində APA məlumat verib.
DƏB-in direktoru Pərvin Hacıyeva bildirib ki, kompleksdə Türkiyə, Dubay, Kipr və Azərbaycandan 70-ə yaxın şirkətin daşınmaz əmlak bazarı ilə bağlı 100-dən çox layihəsi təqdim edilir. Layihələrin 60%-i Azərbaycan, 20%-i Türkiyə, qalan hissəsi isə digər ölkələrlə bağlıdır. Şirkətlər daha çox daşınmaz əmlakın alqı-satqısı, kirayəsi və barteri, təmir-dizayn xidməti təklif edirlər.
“Artıq Rusiya, Gürcüstan və Moldova şirkətləri də sərgi-satış kompleksində iştirak etmək üçün müraciət edib", - direktor bildirib.