Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri 2021-ci ilin eyni aylarına nisbətən 13,8% artıb. Bu barədə 12 dekabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda bildirilib ki, qida məhsulları üzrə qiymət artımı 20,2%, qeyri-ərzaq məhsulları üzrə 8,3%, ödənişli xidmətlər üzrə isə 10,4% təşkil edib.
Noyabr ayında əvvəlki aya nisbətən ən çox qiymət artımı tərəvəzlərdə (5,7%), yumurtada (3,2%), çay, qəhvə və kakaoda (2,8%) qeydə alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.