Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda özünün istehsal sahəsində – “Şəki Şərab” zavodunda köpüklü şərabların istehsalını təşkil etməyi planlaşdırır.
Bu barədə dekabrın 1-də Report xəbər verib.
Bununla bağlı Bakıda təqdimatlar keçirilib. Təqdimatda bildirilib ki, şirkət 2023-cü ildə 4 milyon şüşə istehsal etmək niyyətindədir.