Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "V-VVV" MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.
Bu barədə 21 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında bildirib.
"Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir", - deyə nazir qeyd edib.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən V-VVV MMC-yə nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min ₼ #güzəştlikredit ayrılıb. Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.#EconomyAz pic.twitter.com/j9PBSeOyE0
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 21, 2022