Azərbaycanda qadın hakim və prokurorların sayı açıqlanıb. Bu barədə 15 dekabr tarixində APA məlumat verib.
Ötən ilin statistikasına əsasən, hakim qadınların sayı 91 nəfər təşkil edib.
2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub. Qeyd olunub ki, 2020-ci illə müqayisədə qadın prokurorların sayı 24% artıb.