2020-ci ilin iyun ayından bu il dekabrın 1-nə qədər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara 39,2 milyon manat yardım edilib.
Bu barədə 28 dekabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, ödəniş dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində həyata keçirilib.
20-ci ilin iyun ayından bu ilin 1 dekabrınadək dövlət zəmanətli #kredit və #subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 39,2 mln. ₼ vəsait ödənilib.#EconomyAz pic.twitter.com/xubu80UbU2
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 28, 2022