Əmək pensiyaçılarının 58,89%-i yaşa görə, 28,93%-i əlilliyə görə, 12,18%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Bu barədə 15 dekabr tarixində APA məlumat verib.
Qeyd edilib ki, əmək pensiyaçıları arasında qadınların payı 56%, kişilərin payı isə 44% təşkil edir.