Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 646 milyon manat təşkil edib. Bu barədə noyabrın 29-da Report Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, oktyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.
Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 10,2 %, son 1 ildə isə 20,8 % azalıb.