Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə 16 dekabr tarixində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 km cənub-şərqdə, Saatlı rayonunda, saat 23:09-da Qobustan stansiyasından 24 km qərbdə - Şamaxı ərazisində baş verib.
Zəlzələ Saatlıda - episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub, lakin Şamaxıda hiss olunmayıb.