Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə 22 833 nəfər səfər edib.
Bu barədə 12 dekabr tarixində Report Dubayın İqtisadiyyat və Turizm Departamentinin nümayəndəsi, milliyyətcə azərbaycanlı Nigar Səmədovaya istinadən məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 89% çoxdur.
Qeyd olunub ki, 10 ay ərzində Azərbaycandan xarici ölkələrə 1 il əvvələ nisbətən 1,6 dəfə çox - 1 215,5 min nəfər səfər edib.