Qazax rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan-Gürcüstan dövlət sərhədini pozmağa cəhd edən üç nəfər saxlanılıb. Bu barədə dekabrın 8-də DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Saxlanılan şəxslərin Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri - 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.
Saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.