Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib. Bu barədə 8 yanvar tarixində Report məlumat verib.
Məlumata əsasən, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib.
Qarabağın erməni sakininə qayğı ilə yanaşılıb. Şuşadan - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerindən həmin dinc erməni sakin Xankəndinə yola salınıb.
“Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə "sağ ol" deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib”, - məlumatda qeyd olunub.
[gallery columns="2" link="file" size="full" ids="100766,100765"]