Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
Bu barədə 19 dekabr tarixində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Facebook hesabında bildirib.
“Növbəti humanitar yük Ukraynaya yola düşür - Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kiloqram tibbi yardım dəsti”, - səfir qeyd edib.