Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub. Bu barədə noyabrın 29-da Oxu.az xəbər yayıb.
Belə ki, Cinayət Məcəlləsinin “mənimsəmə və ya israf etmə” maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.
Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.
Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.