Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.Bu barədə 15 dekabr tarixində Nazirlər Kabineti məlumat verib.
Ə.Əsədov Prezident İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.
Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.
[gallery columns="1" link="file" size="full" ids="98070"]