Azərbaycanın çay mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu barədə Report 2 dekabr tarixində xəbər verib.
Namizədlik YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.
“Çay mədəniyyəti: orijinallığın, qonaqpərvərliyin və sosial qarşılıqlı əlaqənin simvolu” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.