Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Bu barədə 15 noyabr tarixində Report Azərbaycan Şahmat Federasiyasına istinadən məlumat verib.
12 yaşlı oğlanların yarışında Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.
Bu kateqoriyada onu yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.
10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Avropa çempionatında ümumilikdə 46 ölkədən 1 000-ə yaxın şahmatçı mübarizə aparıb.