Azərbaycan parataekvondoçuları Sabir Zeynalov və İmaməddin Xəlilov qızıl medal qazanıblar. Bu barədə dekabrın 9-da Report xəbər yayıb.
Yarış Ərəbistanın Ər-Riyad şəhərində keçirilib. İdmançılarımız bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.
Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.