Azərbaycanın veteran futbolçusu, Respublika dərəcəli hakim Elçin Sultanov vəfat edib. Bu barədə Report 26 noyabr tarixində məlumat verib.
Tovuz futbolunun yetirməsi olan keçmiş yarımmüdafiəçi SSRİ dövründə Zaqatalanın "Daşqın" və Ağdamın "Məhsul" klublarının formasını geyinib.
1974-cü ildən peşəkar hakimliklə məşğul olan Sultanov sonradan fəaliyyətini hakim-inspektor kimi davam etdirib.