Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. Bu barədə 10 noyabr tarixində “Azəriqaz” İB məlumat yayıb.
11 noyabr saat 11:00-da baş tutacaq aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndələri və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidirlər.