Goranboy rayon sakini hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bu barədə 12 dekabr tarixində Report məlumat verib.
Hadisə dekabrın 11-i saat 07 radələrində rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. Belə ki, "Azəriqaz" İB-nin Tikinti departamentində traktor sürücüsü işləyən Süleymanov Elşad Qasım oğlunun kirayədə yaşadığı evin hamam otağında meyiti aşkar olunub.
Onun dəm qazından zəhərlənmədən ölməsi ehtimal edilir.