“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vurub. Bu barədə Report 29 noyabr tarixində məlumat verib.
Hacıqabul rayonunun Muğan qəsəbəsində su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən quruma məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobil geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.