Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar zamanı yeyintilər aşkarlanıb. Bu barədə 19 noyabr tarixində Bakupost.az xəbər verib.
Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.
Məlumata əsasən, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.
AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır.