Gürcüstanda dövlət sərhədini qrup halında qanunsuz keçmək, külli miqdarda narkotik vasitəni ölkəyə qanunsuz gətirmək və saxlamaq ittihamları ilə iki nəfər saxlanılıb.
Gürcüstan Sərhəd Polisi bildirib ki, əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində həmin şəxslərin Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" sərhəd sahəsinin "Vaxtanqisi" bölməsindən qanunsuz keçdikləri müəyyən edilib.
Saxlanılan şəxslərdən birinin üzərində aparılan axtarış zamanı plastik paketdə "tebain" adlı narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı istintaq davam edir. İttihamlar təsdiqlənərsə, şəxsləri 12 ilədək həbs cəzası gözləyə bilər.
mənbə: APA