top
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO
Bu gün, 10:55
- ↺ +

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Söhbət zamanı dövlətimizin başçısı ilə Estoniyanın xarici işlər nazirinin ötən il Bakıdakı görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirdi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxundu və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini dedi, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu dedi, ölkəmizin regionda önəmli rol oynadığını vurğuladı.

Münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən nazir ölkəmizə səfəri çərçivəsində Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmən açılacağını bildirdi və ikitərəfli münasibətlərimizin inkişafı baxımından bu hadisənin önəminə toxundu.

Dövlətimizin başçısı Bakıda Estoniya səfirliyinin rəsmən açılmasının əlaqələrimizin inkişafının göstəricisi kimi qiymətləndirdi.

Söhbət zamanı Azərbaycanla Estoniya arasında informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu, ölkəmizin yeni bağlantı xətlərinin sayını artırdığı vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:33

Azərbaycan-Ermənistan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində komitələrdə müzakirələr keçirilib - VİDEO

Yerli xəbərlər
Bu gün, 10:28

Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib

Yerli xəbərlər
Bu gün, 09:47

Ağsuda üzərinə ağac aşan azyaşlı ölüb

Yerli xəbərlər
Bu gün, 09:39

Fira Cəlilovanın evində tutulan şəxs onun qohumu deyil - FOTO

Yerli xəbərlər
Bu gün, 09:32

Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqədar bir nəfər saxlanılıb - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 18:13

"Temu"da böyük dəyişiklik: "Şans çarxı" və saxta endirimlər ləğv edilir

Xarici xəbərlər
Dünən, 17:00

Alen Simonyan "Sülh körpüsü" təşəbbüsünün iştirakçıları ilə görüşüb - VİDEO

Yerli xəbərlər
Dünən, 16:57

Nəsimi Musayevin həbs müddəti uzadıldı

Yerli xəbərlər
Dünən, 15:35

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 24 milyon dollara yaxınlaşıb

Yerli xəbərlər
Dünən, 15:13

"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Yerli xəbərlər
Dünən, 15:09

Azərbaycan XİN Misirdə baş verən yanğınla bağlı başsağlığı verib

Xarici xəbərlər
Dünən, 15:04

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Yerli xəbərlər
Dünən, 13:34

Bakıda sökülən tarixi qapı bərpa edilərək əvvəlki yerinə qaytarıldı

Xarici xəbərlər
Dünən, 12:33

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yerli xəbərlər
Dünən, 12:17

Ermənistanda "Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü başlayıb - YENİLƏNİB - FOTO/VİDEO

Yerli xəbərlər
Dünən, 11:05

Azərbaycanlı arxeoloq beynəlxalq fotomüsabiqənin qalibi olub

Yerli xəbərlər
Dünən, 09:42

"Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda vəfat edib - FOTO

Yerli xəbərlər
Dünən, 09:22

"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasında ən çox qurtarış edən qapıçıdır

Yerli xəbərlər
25 noyabr 2026, 17:58

Dövlət Agentliyi: "Temu" Azərbaycanda qanunvericiliyi pozub"

Yerli xəbərlər
25 noyabr 2026, 16:58

Yevlax məktəbində tüstülənmə baş verib - Səbəblər araşdırılır

Xarici xəbərlər
25 noyabr 2026, 15:20

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Yerli xəbərlər
25 noyabr 2026, 13:24

Azərbaycanda "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır

Yerli xəbərlər
25 noyabr 2026, 13:09

Sosial şəbəkələrin gücü - İşıqlandırılan problem 12 saata həll olundu - VİDEO

Oxşar xəbərlər