Ermənistanda azərbaycanlı hərbçi Nəsimi Musayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb. Məhkəmə prokurorluğun vəsatətini təmin edib.
İnsanoid.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, zərərçəkmiş Ani Avetisyanın nümayəndəsi, vəkil Liana Qriqoryan işin materialları ilə tam tanış olmadığı üçün məhkəmə iclasının təxirə salınmasını istəyib. O, prosesə yeni cəlb olunduğunu bildirib. Sağlamlıq problemləri və uşaqların psixoloji vəziyyəti ilə əlaqədar Avetisyan və övladları iclasda iştirak etməyiblər.
Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin olunub.
Nəşrin yazdığına görə, Musayev 2026-cı il sentyabrın 26-da saat 20:00–22:00 radələrində Laçın rayonunda yerləşən döyüş mövqeyində xidmət apararkən Ermənistanın Sünik vilayətindəki İşxanasar yaşayış məntəqəsinin inzibati ərazisindən dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olmaqda ittiham olunur.
Ona Ermənistan Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham irəli sürülüb. Bunlara dövlət sərhədini qanunsuz keçmə, hərbi təyinatlı məhsul və silah qaçaqmalçılığı, qanunsuz silah gəzdirmə və saxlama, mənzilə qanunsuz daxilolma, oğurluq, sağlamlığa ağır zərər vurma və azadlıqdan qanunsuz məhrumetmə daxildir.