top
Martin Ryanla birgə həbs olunan Azad Məmmədli kassasiya şikayətini geri götürüb
Bu gün, 11:26
- ↺ +

Martin Ryanla birgə həbs olunan Azad Məmmədli kassasiya şikayətini geri götürüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransaya casusluqda ittiham olunan Martin Ryanla birgə dövlətə xəyanətdə təqsirləndirilərək həbs olunan Azad Məmmədli barəsində qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən Azad Məmmədli şikayətini geri götürməklə bağlı məhkəməyə ərizə ilə müraciət edib.

Məhkəmə Azad Məmmədlinin müraciətini təmin edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkıməsinin hökmünə əsasən, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, onunla birgə ittiham olunan, Fransaya qarşı casusluq etnəkdə təqsirləndirilən Martin Ryan ölkə başçısının Sərəncamı ilə əvf edilib.

İttihama görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr tarixli Sərəncamına əsasən əfv olunub.

Mənbə: APA

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:27

"Giləzi"nin direktoru həbs edildi

Yerli xəbərlər
Bu gün, 10:05

Kəmaləddin Heydərovun Ağdamda vətəndaş qəbulunun vaxtı dəyişib

Yerli xəbərlər
Bu gün, 09:28

"Sabah" Bakıda İspaniya nəhəngini qəbul edir

Yerli xəbərlər
Bu gün, 09:24

AZAL "Sərfəli Cümə" kampaniyası elan edib

Yerli xəbərlər
Bu gün, 00:01

Kəlbəcərin azad olunmasından 6 il ötür

Yerli xəbərlər
Dünən, 16:46

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib - FOTO

Yerli xəbərlər
Dünən, 16:43

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Yerli xəbərlər
Dünən, 16:37

MŞ: "Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur"

Yerli xəbərlər
Dünən, 15:55

Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib

Xarici xəbərlər
Dünən, 15:25

Yunanıstan pasportunda Xankəndi "Stepanakert" kimi göstərilib - XİN faktı araşdıracaq

Yerli xəbərlər
Dünən, 15:24

Bakıda ustanın vatsapda müştəriyə göndərdiyi "stiker" başına bəla oldu

Yerli xəbərlər
Dünən, 14:19

"Sabah" – "Barselona" oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək

Yerli xəbərlər
Dünən, 11:54

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Yerli xəbərlər
Dünən, 11:37

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Xarici xəbərlər
Dünən, 11:33

Bu il məşhur Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb

Yerli xəbərlər
Dünən, 09:50

Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb

Xarici xəbərlər
Dünən, 09:24

İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası icra olunub

Xarici xəbərlər
Dünən, 09:19

Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək

Yerli xəbərlər
23 noyabr 2026, 16:26

Prezident İlham Əliyev Trampın TRIPP layihəsi ilə bağlı mesajına görə təşəkkür edib

Yerli xəbərlər
23 noyabr 2026, 15:52

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb

Yerli xəbərlər
23 noyabr 2026, 15:46

Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb

Yerli xəbərlər
23 noyabr 2026, 14:47

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşib

Xarici xəbərlər
23 noyabr 2026, 14:44

Azərbaycanla Çex Respublikası arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiqlənib

Oxşar xəbərlər