"The Guardian" qəzetinin məlumatına görə, bu il İtaliyanın Roma şəhərində yerləşən məşhur Trevi fəvvarəsindən yığılan vəsait ötən illə müqayisədə təqribən 238 min avro azalaraq 1,6 milyon avro təşkil edib (2025-ci ildə bu rəqəm 1,86 milyon avro olub).
"Caritas Roma" təşkilatı tərəfindən sosial layihələrə yönəldilən bu pulların azalması fevralın 1-dən tətbiq edilən 2 avroluq giriş haqqı ilə əlaqələndirilir. İllik 4 milyondan çox turistin yaratdığı sıxlıq, çirklənmə və zədələnmə hallarının qarşısını almaq məqsədilə tətbiq olunan bu bilet sistemindən şəhər şurası ilk ayda 435 min avrodan çox gəlir əldə edib və vəsaitlər abidələrin qorunmasına xərclənir.