top
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Bu gün, 12:12
- ↺ +

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.

Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirdi.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunuldu, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edildi.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:12

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam

Xarici xəbərlər
Bu gün, 09:59

Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Yerli xəbərlər
Bu gün, 09:43

Bakıda qadın öz doğum günündə qəzada öldü - VİDEO/YENİLƏNİB

Yerli xəbərlər
Bu gün, 09:34

İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

Yerli xəbərlər
Bu gün, 09:30

Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb

Yerli xəbərlər
Dünən, 12:55

Prezident İlham Əliyev Livan lideri Jozef Aunu milli bayram münasibətilə təbrik edib

Yerli xəbərlər
21 noyabr 2026, 15:34

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

Yerli xəbərlər
21 noyabr 2026, 15:00

Prezident İlham Əliyev: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

Yerli xəbərlər
21 noyabr 2026, 14:54

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Yerli xəbərlər
21 noyabr 2026, 14:22

Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? - AFFA-dan İDMAN.BİZ-ə AÇIQLAMA

Yerli xəbərlər
21 noyabr 2026, 11:37

Bakıda 74 yaşlı kişi futbol oynayarkən öldü

Xarici xəbərlər
21 noyabr 2026, 10:56

Çinli jurnalistlərin yeni çəkiliş üsulu hamını təəccübləndirdi - VİDEO

Yerli xəbərlər
21 noyabr 2026, 09:55

Hikmət Hacıyev vyetnamlı müğənninin "Ey Vətən" ifası barədə: "Əla tələffüz, gözəl ifa" - VİDEO

Xarici xəbərlər
21 noyabr 2026, 09:52

Qırğızıstanın səhiyyə naziri həmkarının ürəyində əməliyyat aparıb

Yerli xəbərlər
21 noyabr 2026, 09:08

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Yerli xəbərlər
20 noyabr 2026, 19:11

DTX-dən əməliyyat: Həbs edilənlər var - FOTO

Xarici xəbərlər
20 noyabr 2026, 16:13

Yaponiya Baş naziri salamlaşarkən dilini çıxardı – görüntülər gündəm oldu/VİDEO

Yerli xəbərlər
20 noyabr 2026, 15:06

"Barselona"nın Bakıya gələcəyi tarix açıqlandı

Yerli xəbərlər
20 noyabr 2026, 13:13

Dubay şeyxinin azərbaycanlı keçmiş arvadından BMT-yə MÜRACİƏT - VİDEO

Yerli xəbərlər
20 noyabr 2026, 12:29

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - YENİLƏNİB

Yerli xəbərlər
20 noyabr 2026, 11:51

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb

Xarici xəbərlər
20 noyabr 2026, 11:25

Ata oğlanla görüşdüyünü öyrəndiyi 16 yaşlı qızını pəncərədən atıb - VİDEO

Yerli xəbərlər
20 noyabr 2026, 10:41

Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb

Oxşar xəbərlər