Yaponiyanın Baş naziri Sanae Takaiçinin Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşü zamanı nümayiş etdirdiyi reaksiya sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Hadisə Çinin Şençjen şəhərində keçirilən APEC sammiti öncəsi baş verib.
İbrahim ənənəvi salamlaşma jesti olaraq ovuclarını birləşdirib. Takaiçi də bu jesti təkrarlamağa çalışsa da, bir qədər tərəddüd edib, daha sonra gülümsəyərək dilini çıxarıb.
Həmin anın əks olunduğu video qısa müddətdə sosial şəbəkələrdə yayılıb.