top
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Bu gün, 16:43
- ↺ +

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

İnsanoid.com xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Eyni zamanda, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır".

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

"Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin",- məlumatda qeyd edilib.

 

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 16:46

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib - FOTO

Yerli xəbərlər
Bu gün, 16:37

MŞ: "Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur"

Yerli xəbərlər
Bu gün, 15:55

Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib

Xarici xəbərlər
Bu gün, 15:25

Yunanıstan pasportunda Xankəndi "Stepanakert" kimi göstərilib - XİN faktı araşdıracaq

Yerli xəbərlər
Bu gün, 15:24

Bakıda ustanın vatsapda müştəriyə göndərdiyi "stiker" başına bəla oldu

Yerli xəbərlər
Bu gün, 14:19

"Sabah" – "Barselona" oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək

Yerli xəbərlər
Bu gün, 11:54

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Yerli xəbərlər
Bu gün, 11:37

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Xarici xəbərlər
Bu gün, 11:33

Bu il məşhur Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb

Yerli xəbərlər
Bu gün, 09:50

Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb

Xarici xəbərlər
Bu gün, 09:24

İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası icra olunub

Xarici xəbərlər
Bu gün, 09:19

Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək

Yerli xəbərlər
Dünən, 16:26

Prezident İlham Əliyev Trampın TRIPP layihəsi ilə bağlı mesajına görə təşəkkür edib

Yerli xəbərlər
Dünən, 15:52

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb

Yerli xəbərlər
Dünən, 15:46

Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb

Yerli xəbərlər
Dünən, 14:47

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşib

Xarici xəbərlər
Dünən, 14:44

Azərbaycanla Çex Respublikası arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiqlənib

Yerli xəbərlər
Dünən, 14:38

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb

Yerli xəbərlər
Dünən, 13:08

Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycanı maraqlandıran məqamlar

Yerli xəbərlər
Dünən, 12:12

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Yerli xəbərlər
Dünən, 10:12

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam

Xarici xəbərlər
Dünən, 09:59

Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Yerli xəbərlər
Dünən, 09:43

Bakıda qadın öz doğum günündə qəzada öldü - VİDEO/YENİLƏNİB

Oxşar xəbərlər