Avropa İttifaqına üzv Yunanıstan tərəfindən verilmiş pasportda Azərbaycanın Xankəndi şəhərinin adı "Stepanakert" kimi qeyd olunub.
Bu barədə erməni jurnalist Nairi Hohikyan sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 1978-ci il təvəllüdlü, Yunanıstan vətəndaşlığı almış erməni əsilli şəxsin pasportunda doğum yeri kimi "Stepanakert" yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, faktla bağlı dəqiqləşdirmələr aparılacaq.
Qeyd edək ki, Ermənistan noyabrın 1-dən yeni biometrik pasportların verilməsinə başlayıb. Yeni sənədlərdə Qarabağda doğulmuş və Ermənistan vətəndaşlığı almış şəxslərin doğum yeri bölməsində ölkə adı kimi "Azərbaycan" göstərilir.
Mənbə: Trend