top
MŞ: Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur
Bu gün, 16:37
- ↺ +

MŞ: "Son günlər bəzi media subyektlərində peşə etikasından kənaraçıxma müşahidə olunur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur".

İnsanoid.com xəbər verir ki, bu, Mətbuat Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur:

"Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur. Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir.

Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar. İctimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır. Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur.

İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir.

Mətbuat Şurası media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na ciddi əməl etməyə çağırır, bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir".

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 16:46

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin müavinini qəbul edib - FOTO

Yerli xəbərlər
Bu gün, 16:43

FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Yerli xəbərlər
Bu gün, 15:55

Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqlənib

Xarici xəbərlər
Bu gün, 15:25

Yunanıstan pasportunda Xankəndi "Stepanakert" kimi göstərilib - XİN faktı araşdıracaq

Yerli xəbərlər
Bu gün, 15:24

Bakıda ustanın vatsapda müştəriyə göndərdiyi "stiker" başına bəla oldu

Yerli xəbərlər
Bu gün, 14:19

"Sabah" – "Barselona" oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək

Yerli xəbərlər
Bu gün, 11:54

Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Yerli xəbərlər
Bu gün, 11:37

Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Xarici xəbərlər
Bu gün, 11:33

Bu il məşhur Trevi fəvvarəsindən 1,6 milyon avro çıxarılıb

Yerli xəbərlər
Bu gün, 09:50

Bakıda quraşdırılacaq avtobus svetoforlarının hərəkət qaydaları açıqlanıb

Xarici xəbərlər
Bu gün, 09:24

İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası icra olunub

Xarici xəbərlər
Bu gün, 09:19

Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək

Yerli xəbərlər
Dünən, 16:26

Prezident İlham Əliyev Trampın TRIPP layihəsi ilə bağlı mesajına görə təşəkkür edib

Yerli xəbərlər
Dünən, 15:52

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb

Yerli xəbərlər
Dünən, 15:46

Mərkəzi Banka sekyuritizasiyaya dair tələbləri, məlumatların dairəsini təsdiqləmək tapşırılıb

Yerli xəbərlər
Dünən, 14:47

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşib

Xarici xəbərlər
Dünən, 14:44

Azərbaycanla Çex Respublikası arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiqlənib

Yerli xəbərlər
Dünən, 14:38

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb

Yerli xəbərlər
Dünən, 13:08

Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycanı maraqlandıran məqamlar

Yerli xəbərlər
Dünən, 12:12

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Yerli xəbərlər
Dünən, 10:12

Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam

Xarici xəbərlər
Dünən, 09:59

Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Yerli xəbərlər
Dünən, 09:43

Bakıda qadın öz doğum günündə qəzada öldü - VİDEO/YENİLƏNİB

Oxşar xəbərlər