Bu gün şirkət sayca 98-ci və növbəti modul tipli YDM-i "Xaliq Faiqoğlu" MMC-nin avtobus bazasının ərazisində istismara verdi. Bu barədə 13 dekabr tarixində şirkət məlumat verib.
Yeni “Yasamal Avtopark-2” YDM-in avtopark ərazisində quraşdırılmasında məqsəd paytaxtın sərnişindaşıma prosesində iştirak edən "Xaliq Faiqoğlu"ya məxsus avtobusların dizel yanacağına tələbatının ödənilməsindən ibarətdir. Yeni məntəqədə 2 yanacaq pompası quraşdırılıb, 6 yeni iş yeri yaradılıb.
“Azpetrol” şirkətinin ilk YDM-i “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.