Yevlaxda azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb. Bu barədə dekabrın 7-də Daxili İşlər Nazirliyindən bildirilib.
Belə ki, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunub.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin “uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi” maddəsinə əsasən, protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Bu maddədə cəza tədbiri kimi xəbərdarlıq və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
[playlist type="video" ids="97011"]