Məktəbəqədər təhsil müəssisələrində müdirlərin gender bölgüsü bəlli olub. Bu barədə 15 dekabr tarixində Apa məlumat verib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında bildirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində 1688 rəhbər şəxs var. Lakin onlar arasında kişi müdir yoxdur. Qeyri-dövlət bağçaları üzrə 136 müdirdən isə cəmi 12-si kişidir.