Bakıda avtomobil qadını vurub. Bu barədə 23 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Belə ki, avtomobil yolu keçən 1994-cü il təvəllüdlü qadını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.