Martın 29-da Bakıda tanışını bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. 56 yaşlı Ravil Baybəyov birgə kirayədə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı 50 yaşlı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.