Bakıda 76 yaşlı kişi itkin düşüb. Bu barədə 22 mart tarixində Apa məlumat yayıb.
Məlumata əsasən, paytaxtın Nəsimi rayonunda 1946-cı il təvəllüdlü şəxs ötən gün saat 18 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Sözügedən şəxsin ailə üzvləri bildiriblər ki, evdən çıxarkən onun əynində qara gödəkçə, göy cins şalvar, gözündə eynək, əlində əsa, başında qara papaq olub.