Bakıda 70 yaşlı kişini avtomobil vurub. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü şəxs yolu keçərkən avtomobil onu vurub.
Xəsarət alana xəstəxanada sağ pəncənin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.