Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə martın 31-də Report xəbər verib.
2021-ci ilin noyabr ayında 32 yaşlı Pirşağı qəsəbəsi sakini 24 yaşlı həyat yoldaşını şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.