Bu gün, martın 31-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürür.
Turnir Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda ən yüksək icra xalını toplamış gimnastlara “AGF Trophy” Kuboku təqdim olunacaq. Dünya Kubokunda ölkəmizi Mənsum Səfərov, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Cavidan Babayev, Nikita Simonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək. Yarışlar hər gün saat 12:00-da başlayacaq.
Qeyd edək ki, turnir aprelin 3-dək davam edəcək. Yarışda 34 ölkədən 145 idmançı iştirak edəcək.