Bakıda 2022-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 11,2 milyard manat təşkil edib. Bu barədə 30 mart tarixində Bakı Şəhər Statistika İdarəsi məlumat verib.
Sənaye məhsulunun 84,3%-i mədənçıxarma, 13,2%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Məlumata əsasən, sənayedə qeyri-dövlət sektorunun payı 90% olub.