Bakıda iki nəfər döyülüb. Bu barədə 19 mart tarixində Report məlumat yayıb.
Belə ki, Yeni Günəşli qəsəbəsində paytaxt sakininə zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alınıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Digər insident isə Səbail rayonunda qeydə alınıb. Vətəndaş Sumqayıt sakini tərəfindən döyülüb. Onun 100 manatını və 300 ABŞ dolları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs tutulub. Onun əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.