Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq edən şəxs saxlanılıb. Bu barədə martın 26-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə Nəsimi rayonunda baş verib.
Saxlanılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.