Bakıda yolda qayda pozuntuları edən və polislərin “saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb. Bu haqda martın 19-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü qarşıdan gələn maşınların yoluna çıxıb. O, bir neçə dəfə polisin “saxla” işarəsinə məhəl qoymayıb.
Vətəndaşın şəxsiyyəti müəyyənləşdirilib. Sürücü barəsində toplanan materiallar məhkəməyə göndərilib. O, 20 gün müddətinə inzibati qaydada həbs edilib.