Bakıda motosiklet sürücüsü piyadanı vurub və nəticədə özü həlak olub. Bu haqda martın 30-da Report məlumat yayıb.
Hadisə martın 29-da saat 23:00 radələrində Nəsimi rayonu ərazisində baş verib. Paytaxt sakini idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən piyadanı vurub. O, idarəetməni itirib və yolun kənarındakı məhəccərlərə çırpılıb.
Sərnişin və piyada xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.