Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə martın 30-da Report məlumat yayıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. 1976-cı il təvəllüdlü sərnişin avtobusda xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.