Bakıda qaynını güllələyərək öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda martın 29-da APA məlumat yayıb.
İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə ötən il dekabrın 10-da baş verib. Binə qəsəbəsi sakini yaşadığı evin həyətində odlu silahla öldürülüb. Məlum olub ki, mərhumun qohumu aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə onun üz nahiyəsinə atəş açıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.